Oktyabrın 22-də Şirvan Şəhər Mərkəzi Kitabxanasında Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə silsilə tədbirlər çərçivəsində şəhərdə yaşayan naxçıvanlı ziyalılarla görüş keçirilib.
Kitabxananın direktor müavini Vəzufə Xuduyeva iştirakçıları salamlayaraq ölkə Prezidentinin 14 yanvar 2014-cü il tarixli sərəncamına əsasən Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin geniş şəkildə qeyd edildiyini bildirib. Qeyd olunub ki, çoxəsrlik dövlətçilik ənənələri olan bu diyarın Azərbaycan tarixində mühüm yeri var. Naxçıvan torpağının yetirdiyi görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük rol oynayıb.
Naxçıvanlı ziyalı, 18 saylı məktəbin coğrafiya müəllimi Şəlalə Yusifova, Naxçıvan Dövlət Universitetində təhsil almış, hazırda Şirvan şəhərində yaşayan jurnalist Yaqut Hüseynova və digər çıxış edənlər bölgənin tarixi, mədəni irsi barədə söz açıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar