Oktyabrın 25-də İsmayıllı Uşaq Kitabxanasının və şəhər 3 nömrəli körpələr evi-uşaq bağçasının təşkilatçılığı ilə “Ekologiyanın qorunması” adlı tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova son dövrlər İsmayıllıda geniş vüsət alan ekoloji maarifləndirmə tədbirləri haqqında danışıb. İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Pakizə Xəlilova çıxış edərək 20 oktyabr - 20 noyabr tarixlərində respublikamızda “Uşaq hüquqları aylığı” keçirildiyini diqqətə çatdırıb, uşaq hüquqlarından söz açıb.
Kitabxananın müdiri Rəna Süleymanova mədəniyyət ocağının əsaslı şəkildə təmir edilməsinə görə ölkə rəhbərliyinə təşəkkür edib, kitabxanadakı “Nağıl otağı” haqqında məlumat verib.
Şəhər 3 nömrəli körpələr evi - uşaq bağçasının balacaları şeirlər söyləyib, rəqslər və səhnəciklər göstəriblər.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar