Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Xızı Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrinin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə nazirliyin Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və sektorun məsləhətçisi Elçin Hüseynov Xızı rayonuna ezam ediliblər. Nazirliyin əməkdaşları rayonun mədəniyyət müəssisələrində mövcud vəziyyətlə tanış olublar. Sonra müşavirə keçirilib.
Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılıb.
Hüquq sektorunun müdiri N.Qulamov "Mədəniyyət haqqında" 21 dekabr 2012-ci il tarixli qanunun, ölkə Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verib, sualları cavablandırıb.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar