Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin 25 illiyi ilə bağlı respublikamızda 20 oktyabr - 20 noyabr tarixində “Hər bir uşağın qayğısına qalaq!” devizi ilə “Uşaq hüquqları aylığı” keçirmək təşəbbüsü ilə çıxış edib. Bununla bağlı bölgələrdə müxtəlif tədbirlər keçirilir.

Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Yarməmmədbağı kənd kitabxana filialı Nəsimi adına kənd orta məktəbində “Bizim uşaq dünyamız” adlı tədbir təşkil edib.
Tədbirdə kitabxana filialının müdiri Ofeliya Əzizova, məktəbin müəllimləri Mətanət Hümmətova, Aynurə Azayeva, Sərmayə Süleymanova Beynəlxalq Uşaq Hüquqları Konvensiyasının yaranma tarixi, uşaqların hüquqları barədə danışıblar.
Məktəblilərin söylədiyi şeirlər onların dövlətimizə, bayrağımıza böyük məhəbbətini nümayiş etdirib.
Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə daha bir tədbir 13 saylı Gəlmə kənd kitabxana filialında gerçəkləşib.
Kitabxananın müdiri İlahə Hüseynova, Kənd uşaq bağçası-körpələr evinin müdiri Dilarə Məmmədova, müəllimələr Bəturə İsayeva, Səkinə Mustafayeva ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan söz açıblar. Uşaq bağçasının fidanlarının ifasında şeir, mahnı və rəqslər tədbirə rəng qatıb.

* * *
C.Cabbarlı adına Qax rayon Mərkəzi kitabxanasında şəhər məktəblərinin aşağı sinif şagirdlərinin iştirakı ilə “Dünyamızın balaca sakinlərini qoruyaq!” adlı tədbir keçirilib. Uşaqlara bu sahədə bilgilərini, dünyagörüşlərini öyrənmək üçün suallar verilib, balaca məktəblilərin səmimi fikir və arzuları dinlənilib. Uşaqlar öz hüquqlarını kiçik ürəklərinə sığan tərzdə iştirakçılara çatdırıblar, mövzu ilə bağlı videoçarxlar nümayiş olunub. Sonda balacalara rayon Mədəniyyət və Turizm Şöbəsinin xatirə hədiyyələri təqdim edilib.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar