Əhali arasında mütaliəyə marağın daha da artırılması məqsədilə Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi səyyar kitabxana xidməti təşkil edib. İlk olaraq Heydər Əliyev Mərkəzində təşkil olunan kitabxana xidməti həftəsonunadək davam edəcək. Azərbaycan dilində və xarici dillərdə 300-dən artıq bədii və elmi ədəbiyyat oxuculara təqdim olunur.
MKS-nin direktoru Saməddin Nəsirov bildirib ki, səyyar xidmət ilin sonunadək hər həftə rayonun bir sıra yaşayış məntəqələrində, əhalinin daha çox olduğu yerlərdə təşkil olunacaq.
Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova çıxış edərək, belə tədbirlərin əhəmiyyətindən danışıb.
Oxucu Qızbahar Babayeva səyyar kitabxana xidmətindən razılığını bildirərək təşkilatçılara minnətdarlığını ifadə edib.
Səyyar kitabxanada bütün yaş kateqoriyalarından olan oxucuların maraqları nəzərə alınıb. Xidmət günləri ərzində tanınmış yazıçıların, həmçinin bölgə yazarlarının oxucularla görüşləri də keçiriləcək.

Vahid Əliyev,
Quba rayon MKS-nin informasiya-resurs şöbəsinin müdiri








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar