Samux Rayon Mədəniyyət və Turizm Şöbəsinin tabeliyində fəaliyyət göstərən müəssisələrin vəziyyətinin öyrənilməsi, mədəniyyət və turizm sahələrinin inkişafına dair dövlət proqramlarının icrası istiqamətində görülən işlərin təhlil edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyi Hüquq sektorunun müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli və sektorun məsləhətçisi Elçin Hüseynov rayona ezam edilib.
Nazirliyin əməkdaşları mədəniyyət müəssisələrinə baxış keçirib, mövcud vəziyyətlə tanış olublar. Sonra müşavirə keçirilib.
Müşavirədə müəssisələrin fəaliyyətində olan nöqsanların aradan qaldırılması yolları müzakirə edilib, mədəniyyət ocaqlarının fəaliyyətinin daha səmərəli qurulması barədə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.
Hüquq sektorunun müdiri Namiq Qulamov "Mədəniyyət haqqında” 21 dekabr 2012-ci il tarixli qanunun, ölkə Prezidentinin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası"nın, mədəniyyət və turizm sahələrində qəbul edilmiş normativ aktların icrası istiqamətində qarşıda duran vəzifələr barədə müşavirə iştirakçılarına məlumat verib, sualları cavablandırıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar