Qazax Dövlət Dram Teatrı Ağdam rayonunda qastrol səfərində olub. Teatr ağdamlı tamaşaçılar qarşısında tanınmış yazıçı-dramaturq, millət vəkili Hüseynbala Mirələmovun “Xəcalət” tamaşası ilə çıxış edib. Əsər Qarabağdan qaçqın düşmüş, Bakıda xəstəxanaların birində bir otaqda məskunlaşmış ailənin həyatından bəhs edir. Tamaşaçılar onlara yaxşı tanış olan bu ağrılı-acılı günlərin səhnə əsərində əksindən dərin təəssürat alaraq kövrək duyğular yaşayıblar.
Tamaşaya teatrın baş rejissoru Musa Eyyubov quruluş verib. Əsas rolları teatrın aktyorları Hacı Hacıyev, Saqif İskəndərov, Xanım Məmmədova, Zəmanə Orucova, İlqar Hacəliyev və Arif Almədədov ifa ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar