Dekabrın 9-da Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində ümummilli liderin anım gününə həsr olunmuş “1969-cu ildən başlanan böyük tarix” mövzusunda üçgünlük mühazirə-sərginin açılışı olub.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin nümayəndələri, təhsil müəssisələrində çalışan ziyalılar iştirak ediblər.
İştirakçılar əvvəlcə mərkəzin memorial muzeyini ziyarət edərək, dahi siyasətçinin büstü önünə çiçək dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzinin direktoru Seyidzadə Şəfiyeva çıxış edərək, tədbirin əhəmiyyətindən danışıb. Bildirilib ki, gənc nəslin Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyasına sadiq ruhda tərbiyə olunmasında belə tədbirlərin mühüm rolu var. Sonda Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən rəsm studiyasının gənc istedadların əl işlərindən ibarət sərgisinin təqdimatı keçirilib.

İlqar Əzimov








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar