Azərbaycan Yazıçılar Birliyinin “AYB kitab” layihəsi əsasında “Təknur” nəşriyyatında “Aranın söz sovqatı” adlı almanax işıq üzü görüb. Nəşrdə birliyin Mingəçevir bölməsi üzvlərindən 34 müəllifin əsərləri yer alıb.
Bugünlərdə kitabın mingəçevirli ədəbiyyatsevərlərin iştirakı ilə təqdimat mərasimi keçirilib. AYB Mingəçevir bölməsinin sədri, nəşrin redaktoru və ön sözün müəllifi İsmayıl İmanzadə almanaxın bölgənin ədəbi mühiti barədə oxucularda geniş təəssürat yaratmaq baxımından önəmli mənbə olduğunu diqqətə çatdırıb. Digər çıxış edənlər də kitabı yüksək dəyərləndiriblər.
Almanaxın poeziya, nəsr və publisistika bölmələrində bölgədə yaşayan yazarlardan İsmayıl İmanzadə, Böyükkişi Təmkin, Fəxrəddin Əziz, Zümrüd Rəhimova, Nəsib Bayramoğlu, Zahid Qasımlı, Məhyəddin Məhərrəmoğlu, Məmməd Mərzili, Namiq Zaman, Ramiz İsmayılov, habelə istedadlı gənclərdən Səxavət Kəlbəcərli, Ruslan Ələkbərli, Lamiyə və başqalarının əsərləri verilib.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar