Prezident İlham Əliyev yenidən qurulan Sabirabad rayon Mədəniyyət evində yaradılan şəraitlə tanış olub

Dekabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sabirabad rayonuna səfər edib. Dövlət başçısı rayonda bir sıra infrastruktur və sosial təyinatlı obyektlərin açılışında iştirak edib.

Prezident əsaslı şəkildə yenidən qurulan Sabirabad rayon Mədəniyyət evində yaradılan şəraitlə tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Mədəniyyət evi 1976-cı ildən fəaliyyət göstərir. O vaxtdan bəri burada əsaslı təmir işləri aparılmayıb. 2013-cü ilin aprelində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən binada əsaslı təmir işləri başlanılıb və bu ilin dekabrında başa çatdırılıb. Yenidən qurulan ikimərtəbəli bina müasir səviyyəyə çatdırılıb, incəsənət adamlarının fəaliyyəti üçün geniş imkanlar yaradılıb.
Bu gün Azərbaycanda bütün sahələrə olduğu kimi, mədəniyyət sahəsinə də xüsusi diqqət göstərilir. Paytaxtla yanaşı, respublikanın bölgələrində də fəaliyyət göstərən mədəniyyət ocaqları əsaslı təmir edilir və yeniləri tikilir. Sabirabad rayon Mədəniyyət evinin binasının əsaslı şəkildə təmir edilməsi ölkədə mədəniyyətin və incəsənətin inkişafına diqqətin daha bir göstəricisidir.
Bölgələrdə mədəniyyət ocaqlarının yenidən qurulması, müasir tipli yeni mədəni infrastrukturun yaradılması bu sahənin regionlarda hərtərəfli inkişafına stimul verir. Bütün bu tədbirlər bir daha onu göstərir ki, qədim və zəngin mədəni dəyərlərə malik olan Azərbaycanda mədəniyyət məsələləri daim diqqətdə saxlanılır. Bu gün mədəniyyət xadimləri, incəsənət adamları ən yüksək səviyyədə qayğı ilə əhatə olunublar. Onların sosial məsələlərinin həllinə dövlət səviyyəsində həmişə diqqət göstərilib.
Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri qayğıdan bəhs edən fotostend yaradılıb. Ulu öndər Heydər Əliyevin 1976-cı ildə Sabirabada səfəri zamanı bu Mədəniyyət evinin açılışında iştirakının əbədiləşdiyi foto diqqəti xüsusilə cəlb edir. 377 yerlik akt zalında Sabirabadın mədəni həyatında baş verən hadisələri qeyd etmək, həmçinin respublika və rayon əhəmiyyətli müxtəlif tədbirləri keçirmək üçün hər cür şərait var.
Mədəniyyət evinin zəngin kitab fondu, oxu zalı və 20 yerlik konfrans zalı da var. Musiqi alətləri otağı, rəqs zalı, ədəbiyyat, muğam, aşıq sənəti, təsviri incəsənət, evdarlıq, heykəltəraşlıq dərnəkləri gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından mühüm əhəmiyyət kəsb edir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar