Xəbər verdiyimiz kimi, dekabrın 11-də «Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid» mövzusunda konfrans keçirilib. Konfransa qatılmış türkiyəli media təmsilçiləri Qubada olublar.
Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev qonaqlarla görüşdə bölgənin tarixi və bu günü barədə danışıb. Qubada 1918-ci ildə erməni-daşnak qüvvələrinin törətdikləri vandalizm aktları barədə söz açan icra başçısı türkiyəli media təmsilçilərinə həmin soyqırımının izlərini yaşadan toplu məzarlıq barədə məlumat verib.
Qonaqlar Quba məzarlığına və Quba Soyqırımı Memorial Kompleksinə baş çəkiblər.
Sonra Quba şəhərindəki Heydər Əliyev Mərkəzində türkiyəli media nümayəndələri ilə Qubada və ətraf bölgələrdə fəaliyyət göstərən KİV təmsilçilərinin görüşü olub.
Görüşdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edən Afət Həsənova, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, «haber7.com» saytının rəhbəri İbrahim Ərdoğan və başqaları çıxış edərək tarixi həqiqətlərin dünyaya çatdırılmasında iki ölkənin media mənsublarının üzərinə mühüm məsuliyyət düşdüyünü vurğulayıblar. Bildirilib ki, qondarma «soyqırımı»nın 100 illiyini qeyd etməyə hazırlaşan erməni lobbi və diaspor təşkilatlarının fəaliyyətinə qarşı tutarlı adekvat addımlar atılmalıdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar