Dekabrın 11-də Quba rayon MKS-nin Mərkəzi kitabxanasında ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci ildönümü ilə əlaqədar “Sən elə bir zirvəsən!” adlı anım tədbiri keçirildi.
MKS-nin direktoru Saməddin Nəsirov ulu öndərin ölkəmizin suverenliyi və inkişafı uğrunda tarixi xidmətlərindən söz açdı, mədəniyyətə, o cümlədən kitabxana sahəsinə diqqət və qayğısından bəhs etdi. Mərkəzi kitabxananın abonement bölməsinin müdiri Zəmirə İskəndərova qeyd etdi ki, Heydər Əliyev Azərbaycan tarixinin yetişdirdiyi nadir simalardan biri, dünyanın qüdrətli şəxsiyyəti idi. Bu əvəzolunmaz insan liderlərə məxsus ən ali keyfiyyətləri özündə cəmləşdirmişdi.
İştirakçılar kitabxananın oxu zalında dahi siyasətçiyə həsr olunan kitab sərgisi ilə də tanış oldular.
Hüriyyə Sultanova,
Quba rayon Mərkəzi kitabxanasının oxuculara xidmət
şöbəsinin multimedia mütəxəssisi