Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai həyatında səmərəli fəaliyyətlərinə görə, 8 mart - Beynəlxalq Qadınlar günü münasibətilə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Axundova Nigar Vəli qızı
“Tərəqqi” medalı ilə
Cəfərova Xatirə Ayaz qızı
Əliyeva Lətifə Ağaqasım qızı
Qədirova Arzu Əfqan qızı
Teymurova Gülarə Əli qızı
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
İsmayılova Südabər Şöyüb qızı.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2014-cü il.