Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Hüquqlarımızı bilək ki, aldanmayaq” mövzusunda maarifləndirici tədbir keçirildi.
Tədbirdə çıxış edən MKS-nin direktoru Saməddin Nəsirov Azərbaycan Respublikasının insan alveri ilə bağlı cinayətlərə qarşı mübarizə sahəsində bütün beynəlxalq konvensiyalara qoşulduğunu bildirdi. İnsan alverinin şəxsiyyətə qarşı ağır cinayət olduğunu vurğuladı.
Yazıçı Kərim Dünyamalı insan alveri ilə bağlı cinayət əməllərinin qloballaşma proseslərinin mənfi nəticələrindən biri kimi təzahür etdiyini bildirdi. Digər çıxış edənlər insan alverini köləliyin müasir forması kimi dəyərləndirdilər. Qeyd olundu ki, “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” təsdiq edilib və ölkəmizdə bu istiqamətdə mühüm işlər görülür.
Sonda tədbir iştirakçıları mövzu ilə bağlı sərgiyə baxdılar.

Mehriban Məmmədova,
Quba rayon MKS-nin Mərkəzi kitabxanasının şöbə müdiri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar