Sentyabrın 25-də 2014-cü ilin “Əfsanələr paytaxtı” Qəbələdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz və rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə “Əfsanələr diyarı - Qəbələ” mövzusunda dəyirmi masa keçirilib.
Qəbələ Mədəniyyət Mərkəzində gerçəkləşən tədbirdə rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Ətayə Osmanova, Elmi-Metodiki Mərkəzin direktoru, professor Vilayət İsmayılov çıxış edib.
Dəyirmi masada AMEA-nın Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin böyük elmi işçisi Atəş Əhmədlinin “Qəbələ - tarixdə və əfsanələrdə”, rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Xalis Məmmədovun “Muzeylərimiz - dünənin, bu günün, sabahın aynası”, rayon Tarix-Bədii Qoruğunun direktoru Bəhruz Şərifovun “Əfsanələr paytaxtı “Qəbələ arxeologiya dünyasında” mövzularında məruzələri dinlənilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar