"Əfsanələr paytaxtı" ilində Qəbələ rayonunun mədəni həyatındakı canlanma teatr sahəsində də özünü göstərib. İyul ayında Qəbələ Mədəniyyət Mərkəzində fəaliyyət göstərən İ.Qutqaşınlı adına xalq teatrının premyerası sakinlər tərəfindən maraqla qarşılanıb. Kollektiv İsmayıl bəy Qutqaşınlının “Rəşid bəy və Səadət xanım” əsəri əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib. Tamaşanın quruluşçu rejissoru Füzuli Sərkərov, rəssamı Malik Ağayevdir. Rəşid bəy rolunda Xəyal Gəncimov, Səadət xanım rolunda Şahanə Vəlizadə, Əziz rolunda Ruhib Rəşidov, Şamah rolunda isə Leyla Zakirova çıxış ediblər.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı da "Əfsanələr paytaxtı"nın sakinlərinə sənət hədiyyəsi təqdim edib. Yaradıcı heyət M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan” komediyası ilə onların görüşünə gəlib. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Tahir Tahirov, bəstəkarı Firidun Allahverdi olan tamaşada rolları Şövqi Hüseynov, Natiq Fərzəliyev, Elnur Kərimov və Seyidşah Məmmədov oynayıblar. Səhnə əsəri qəbələlilər tərəfindən alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar