Zəngin qeyri-maddi mədəni irsimizin nümunələri olan xalq oyunları ənənəsi Balakən rayonunda da yaşadılaraq nəsillərdən nəsillərə ötürülür. Rayonda milli atüstü oyunlara da böyük maraq var. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Şəki rayonunun Daşüz kəndindəki Respublika Atçılıq Turizm Mərkəzində ənənəvi olaraq keçirilən milli atüstü oyunlarda, Prezident kuboku uğrunda yarışlarda Balakən komandası da fəal iştirak edir. Bu il mayın 3-dən 7-dək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalında çövkən, papaq, sürpapaq və yaylıq oyunu üzrə yarışmalar keçirilib. Respublikanın şəhər və rayonlarından 16 komandanın iştirak etdiyi yarışmada Balakən təmsilçiləri çövkən oyununda 4-cü yeri tutub.
17-22 dekabr tarixində keçirilən Prezident kuboku uğrunda 9-cu milli atüstü oyunlarda isə Balakən təmsilçiləri sürpapaq növü üzrə qalib olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar