“Sənətkarlıq paytaxtı”nın təqdimatı

Aprelin 10-da Abşeron rayonunun «Sənətkarlıq paytaxtı» elan olunması münasibətilə təqdimat mərasimi keçirildi. Xırdalan şəhərindəki Mədəniyyət mərkəzində təşkil olunan tədbirə əvvəlki illərdə “xalq yaradıcılığı paytaxtları” elan olunmuş rayonların mədəniyyət və turizm şöbələrinin müdirləri, Abşeron rayon ictimaiyyəti, xalq sənətkarları, incəsənət ustaları qatılmışdı.

Mərasimi Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov açaraq «Sənətkarlıq paytaxtı» ilə bağlı tədbirlər proqramından danışdı, bu çərçivədə təqdimatların qardaş Türkiyədə - Bursa, İzmir və Manisa şəhərlərində də keçirildiyini diqqətə çatdırdı.
Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyət siyasəti şöbəsinin əməkdaşı Rəşad Əliyev «2010-2014-cü illər üçün xalq yaradıcılığı paytaxtları» proqramının bu il yekunlaşdığını, bu layihənin ölkəmizin zəngin mədəni irsinin təbliği və tanıdılmasında mühüm rolu olduğunu bildirdi. Qeyd olundu ki, layihə “xalq yaradıcılığı paytaxtı” elan olunan bölgələrimizdə istedadların, sənətkarların üzə çıxarılmasına da şərait yaradır. Onlar gələcəkdə nazirliyin xətti ilə xarici ölkələrdə keçirilən tədbirlərdə ölkəmizi təmsil edəcəklər.
Rayon İcra Hakimiyyətinin Təhsil, səhiyyə və mədəniyyət üzrə şöbəsinin müdiri Hafiz Mikayılov dedi ki, Azərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, musiqisi ilə həmişə fərqlənib: “Abşeron da öz sənətkarları ilə tanınıb. Mədəniyyət və Turizm Nazirliyinin layihəsi çərçivəsində Abşeronun «Sənətkarlıq paytaxtı» elan olunması bizim üçün əlamətdar hadisədir. Bu diqqətə görə nazirliyə təşəkkürümüzü bildiririk”.
Tədbirin bədii hissəsində Abşeron rayonu Xırdalan şəhər xalq çalğı alətləri orkestrinin ifasında dahi Üzeyir Hacıbəylinin «Arşın mal alan» operasından musiqi nömrələri səsləndirildi.
Mədəniyyət mərkəzinin foyesində rayon sənətkarlarının əl işlərindən ibarət böyük sərgi təşkil edilmişdi. Sərgidə rəsm əsərləri, əl işləri, xalça toxunması prosesi nümayiş etdirilirdi. Sərgi iştirakçıları belə tədbirlərin əhəmiyyətindən söz açaraq «Sənətkarlıq paytaxtı» ilinin onların fəaliyyətinə də mühüm stimul olduğunu vurğuladılar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar