Oktyabrın 21-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində “Abşeron - Azərbaycanın sənətkarlıq paytaxtı - 2014” layihəsi çərçivəsində ədəbiyyat axşamı keçirildi.

Görüşdə millət vəkili, yazıçı-publisist Elmira Axundova, Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, şair Ramiz Məmmədzadə, yazıçı-publisist Şəhla Ağbulud, gənc şair Elşad Ərşadoğlu iştirak edirdi.
İştirakçıları salamlayan Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlham Manafov “Sənətkarlıq paytaxtı” ili çərçivəsində müxtəlif tədbirlərin keçirildiyini diqqətə çatdırdı. Qonaqlar çıxış edərək, rayon sakinləri ilə yaradıcılıq görüşünə gəlməkdən məmnunluqlarını bildirdilər. Qeyd olundu ki, Abşeron Azərbaycanın qədim yaşayış məkanlarından biridir, zəngin el sənətkarlığı irsi var. Bu baxımdan Abşeron rayonunun 2014-cü ildə “Sənətkarlıq paytaxtı” elan olunması təsadüfi deyil.
Sonra meydan sözə, musiqiyə verildi. Müəlliflər əsərlərindən parçalar oxudular, səslənən poetik nümunələr iştirakçılar tərəfindən alqışlarla qarşılandı. Aşıqlar İlham Aslanbəyli və Famil Mikayılovun şairə Zöhrə Xəlilli ilə birgə çıxışı tədbirə xüsusi rəng qatdı.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar