Ölkəmizin turizm perspektivli bölgələrindən biri də Mingəçevirdir. Bu istiqamətdə silsilə tədbirlər həyata keçirilir. Şəhərin turizm sahəsində inkişaf planı və turist xəritəsi hazırlanıb.

Hazırda Kür çayının sağ sahilində səkkizmərtəbəli, beşulduzlu hotel binası tikilir. Yaxın gələcəkdə Kür çayının sol sahilindəki park yenidən qurulacaq, Mingəçevir su anbarının sahilində müasir sağlamlıq-istirahət kompleksinin inşasına başlanılacaq. Bütün bunlar şəhərə daha çox turistin gəlməsini, turizm şirkətlərinin fəallığının artmasını təmin edəcək.
Mingəçevir Turizm Kolleci də həm bölgədə, həm də ümumilikdə respublikada bu sahə üzrə kadr çatışmazlığının aradan qaldırılmasına töhfə verir. 2006-cı ildə yaradılan bu orta ixtisas təhsili müəssisəsində hazırda 2 mindən çox tələbə təhsil alır. Kollecdə 10-dan çox ixtisas üzrə tədris aparılır.
Kür çayının sağ və sol sahilində yerləşən Mingəçevir ilin bütün fəsillərində turizm üçün çox əlverişli məkandır. Burada su idman növləri ilə ilboyu məşğul olmaq imkanı var. Yay mövsümündə fəaliyyətə başlayan şirin sulu çimərlik şəhər əhalisinin və buraya dincəlməyə gələn turistlərin sevimli istirahət yeridir. Onu da qeyd edək ki, “Bakı-2015” Avropa Oyunları çərçivəsində avarçəkmə idman növü yarışlarının Mingəçevirdə keçirilməsi nəzərdə tutulub. Hazırda şəhərdə yarışlara böyük hazırlıq işləri görülür.
Şəhərdə turistləri cəlb edən məkanlardan biri də Mingəçevir Tarix Muzeyidir. Muzeyin direktoru Nofər Məmmədəliyevin bildirdiyinə görə, burada 15 minə yaxın eksponat - eneolit dövründən başlayaraq ayrı-ayrı tarixi mərhələləri özündə ardıcıl əks etdirən maddi-mədəniyyət nümunələri nümayiş etdirilir. Eyni zamanda muzeydə müasir Mingəçevir, şəhərdəki bütün müəssisə və təşkilatlar haqqında da məlumat almaq olar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar