Orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi bərpa edilir. 1322-ci ildə inşa edilən türbənin üzərindəki əski əlifba ilə həkk olunmuş yazılar sovet hakimiyyətinin ilk illərində dağıdılaraq yararsız hala salınmışdı. Bundan başqa, 1957-1958-ci illərdə aparılan təmir işləri zamanı tarix və mədəniyyətimizə qənim kəsilmiş erməni millətindən olan layihəçi, mühəndis və bərpaçılar tərəfindən türbənin günbəzinə betondan tonlarla çəkisi olan konusşəkilli qüllə inşa edilmişdi. Xeyli çəkisi olan beton abidənin milli-tarixi görkəmini dəyişməklə yanaşı, türbənin sol tərəfə maillənməsinə səbəb olmuşdu. Odur ki, yeddi əsrin yadigarı olan abidənin bərpasına ehtiyac vardı.
Türbənin bərpası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən aparılır. Bərpa prosesinə respublikanın tanınmış bərpaçıları, həmçinin İranın Ərdəbil şəhərindən dəvət olunmuş mütəxəssislər cəlb edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar