Yanvarın 14-də Şirvan şəhər Mərkəzi kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar “Yolum eldən başlanır” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə mədəniyyət işçiləri, müəllimlər, məktəblilər iştirak ediblər.
Əvvəlcə kitabxananın əməkdaşı Vəzufə Xudiyeva çıxış edərək şairin həyat və yaradıcılığından, çağdaş Azərbaycan poeziyasında özünəməxsus yerindən söhbət açıb. Qeyd edib ki, Zəlimxan Yaqubun əsərləri xalqımıza məxsus mənəvi dəyərlərin, folklor yaradıcılığı qaynaqlarından süzülüb gələn ənənələrin diriliyi ilə səciyyələnir. Onun şeirləri öz bədii estetik enerjisi ilə oxucunun qəlbinə yol tapır, onun ovqatının ifadəçisinə çevrilir.
14 saylı məktəbin müəllimi Safura Məlikova şairlə görüşündən söhbət açıb, Zəlimxan Yaqubun öz imzası ilə ona bağışladığı kitabının kitabxanasında dəyərli yerlərdən birini tutduğunu vurğulayıb.
Kitabxananın əməkdaşı Yeganə Bayramova şairin “Mən öz dastanımı yazıb gəlmişəm” kitabından seçdiyi şeirləri səsləndirib. 14 saylı orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya tədbir iştirakçılarının böyük marağına səbəb olub.
Sonda Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru İltifat Nəbiyev Xalq şairinin ictimai fəaliyyəti haqqında danışıb. Tədbirdə “Zəlimxan Yaqub-65” başlıqlı kitab sərgisi də nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar