Ağdam rayonunun Quzanlı qəsəbəsində Gənclər və İdman Nazirliyinin dəstəyi və “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə “Vətənə sipər igidlər” adlı layihə həyata keçirilir. Ötən il dekabrın 1-dən bu il yanvarın 30-dək olan dövrü əhatə edən “Vətənə sipər igidlər” layihəsinin başlıca məqsədi yeniyetmə və gənclərə vətənpərvərlik ideyalarının aşılanması, milli-mənəvi dəyərlərin təbliği, gənclərin asudə vaxtlarının səmərəli şəkildə dəyərləndirilməsinə nail olmaqdır.
İctimai Birlikdən bildiriblər ki, vətənpərvərlik mövzusunda maarifləndirici layihə çərçivəsində regionun fəal gəncləri ilə görüşlər keçirilib. Qeyd olunub ki, Ağdam Qarabağ müharibəsi zamanı ən çox - 6 minə yaxın şəhid vermiş rayondur. Rayonun 16 Milli Qəhrəmanı var.
Dekabrın 29-dan yanvarın 10-dək açıq səma altında gənclərin əl işlərindən ibarət vətənpərvərlik mövzusunda sərgi keçirilib. Sərgidə rayon ictimaiyyətinin nümayəndələri, xüsusən də gənc nəslin nümayəndələri - məktəblilər, Ağdam Sosial-İqtisad və Musiqi kolleclərinin tələbələri, dövlət təhsil, səhiyyə, mədəniyyət sahəsinin işçiləri, icra orqanlarının nümayəndələri iştirak ediblər. Layihədən 150-dək gənc faydalanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar