Yanvarın 16-da Quba rayon MKS-nin Mərkəzi kitabxanasında “Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi” adlı anım tədbiri keçirilib.
Tədbiri MKS-nin direktoru Saməddin Nəsirov açaraq bildirib ki, bu tarix ağrı-acı ilə xatırlanacaq gün deyil. Unutmamalıyıq ki, həmin gün küçələri boyamış al şəhid qanları bir anlamda milli məfkurəmizin oyanan günəşinin şəfəqini simvolizə edirdi.
Sonra kitabxananın oxuculara xidmət şöbəsinin müdiri Mehriban Məmmədovanın “Azadlıq yolunun 20 Yanvar zirvəsi”, Azərbaycan Müəllimlər İnstitutu Quba filialının tələbəsi Sevda Seyidovanın “Tarixin qan yaddaşı” mövzusunda məruzələri dinlənilib.
Fəal oxucular Fatimə Əliyeva və Aytən Ağayarova Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeirini söyləyiblər. Tələt Mikayılov adına Quba şəhər 5 saylı tam orta məktəbin şagirdləri şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar