Yanvarın 16-da Zərdab rayon Mərkəzi kitabxanasında Qanlı Yanvarın 25-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nailə Əliyeva 20 Yanvar faciəsinin tarixindən danışıb. Sonra tədbir 3 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə hazırlanmış “Od vurub qəlbimə 20 Yanvar” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Kitabxananın əməkdaşlarından Cəmalə Feyzullayeva, Leyla İskəndərli, Gülüstan Rəhimova, Gülzar Qasımova, Xanməmmədli kənd kitabxana filialının müdiri Şükufə Səlimova çıxış edərək bu faciənin tarixə həm hüzn, həm də qürur günü kimi yazıldığını qeyd ediblər.
Tədbir iştirakçıları “20 Yanvar” başlıqlı kitab sərgisi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar