Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyində Azərbaycan milli rəsm sənətinin tanınmış simalarından biri, ilk realist fırça ustası Bəhruz Kəngərlinin anadan olmasının 123-cü ildönümü münasibətilə “Yurdunu sevən rəssam” mövzusunda konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva sənətkarın həyat və yaradıcılığı barədə söhbət açıb. Qeyd olunub ki, Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.
Bəhruz Kəngərli muzeyinin direktoru Mahir Məmmədov bildirib ki, rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxsiyyətlərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Muzeydə Kəngərli irsinə aid 800-dən çox eksponat mühafizə olunur. Burada rəssamın 353 rəsm əsəri var, onlardan 58-i orijinaldır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar