Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda “Tariximizin qəhrəmanlıq səhifəsi” mövzusunda rəsm sərgisi təşkil olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Əməkdar rəssam Ülviyyə Həmzəyeva çıxış edərək 20 Yanvarı xalqımızın qürur tarixi kimi qiymətləndirib. Qeyd olunub ki, bu tarix Azərbaycan xalqının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunub.
Ülviyyə Həmzəyeva bildirib ki, muxtar respublikada fəaliyyət göstərən rəssamlar şəhidlərimizə diqqət və ehtiram əlaməti olaraq bu mövzuya tez-tez müraciət edir, silsilə əsərlər yaradırlar. Bugünkü sərgidə 20 Yanvar hadisələri rənglərin dili ilə sənətsevərlərə təqdim edilir.
Sonra rəsm əsərlərinə baxış olub. Sərgidə 26 rəssamın 45 əl işi nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar