Aprelin 9-da Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Şəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Tədbirdə bütün ömrünü musiqiyə həsr etmiş, dahi Üzeyir Hacıbəylinin tələbəsi olmuş Şəfiqə Axundovanın ömür yolu və yaradıcılıq axtarışlarından söz açılacaq, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin ifasında bəstəkarın əsərləri səsləndiriləcək. Orkestrin bədii rəhbər və baş dirijoru Xalq artisti, professor Ağaverdi Paşayevdir.