Yanvarın 21-də Tərtər rayon Mərkəzi kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə mədəniyyət işçiləri, müəllim və məktəblilər iştirak ediblər.
Əvvəlcə MKS-nin direktoru U.Qurbanova çıxış edərək şairin həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söz açıb. Sonra kitabxananın müdiri Ş.Əliyeva, MKS-nin direktor müavini R.İsmayılova, metodika və biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova çıxış edərək, Azərbaycan ədəbiyyatında Zəlimxan Yaqubun özünəməxsus yerindən söhbət açıblar. Şairin yaradıcılığında xalqımıza məxsus dəyərlərdən, folklor ənənələrindən geniş bəhrələndiyini qeyd ediblər.
Tədbirdə "Zəlimxan Yaqub - 65" başlıqlı kitab sərgisi də nümayiş etdirilib. Sonda məktəblilər şairin şeirlərini səsləndiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar