Ağsuda Zəlimxan Yaqubun 65 illiyi qeyd olunub

Şair olmaq üçün ilk növbədə fitri istedad lazımdır. Eyni zamanda, Vətənə, xalqa, torpağa bağlılıq da mühüm şərtdir. Xalq şairi Zəlimxan Yaqub da məhz belə söz sənətkarıdır.
Bu fikirlər Ağsu rayon Mərkəzi kitabxanasında şairin 65 illik yubileyinə həsr olunan mərasimdə səsləndirilib.
Ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə çıxış edən rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Cavanşir Şeydazadə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Mətləb Məmmədoğlu, şair Vaqif Osmanlı və başqaları Xalq şairinin keçdiyi mənalı həyat yolu, zəngin yaradıcılığı və ictimai fəaliyyəti barədə danışıblar.
Bildirilib ki, 2008-ci ildə aşıqların V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilən Zəlimxan Yaqub qədim el sənətinin inkişafı, gənc istedadların yetişdirilməsi istiqamətində böyük xidmətlər göstərir.
Yubiley mərasimində görkəmli poeziya ustasının şeirlərindən nümunələr səsləndirilib. Tədbir iştirakçıları Zəlimxan Yaqubun həyat və yaradıcılığından bəhs edən videoçarxa baxıb, onun əsərlərindən ibarət kitab sərgisi ilə tanış olublar.

Dilbər Əliyeva,
Ağsu rayon Mərkəzi kitabxanasının böyük kitabxanaçısı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar