Xalq şairi, görkəmli dramaturq, ədəbiyyatşünas və ictimai xadim Bəxtiyar Vahabzadənin 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə əlaqədar Şəki şəhər MKS-də tədbirlər planı, “Türk dünyasının Bəxtiyarı” adlı metodik vəsait hazırlanıb.
Yubileylə əlaqədar İ.S.Nakam adına Mərkəzi kitabxanada “Bəxtiyar Vahabzadə - 90” adlı geniş sərgi təşkil edilib. Sərginin “İstiqlal poeziyasının bayraqdarı”, “Türk dünyasının Bəxtiyarı”, “Düşünən və düşündürən dahi” bölmələrində mövzu ilə bağlı kitablar yer alıb, tanınmış elm, mədəniyyət və dövlət xadimlərinin böyük söz ustadı haqqında fikirlərindən sitatlar verilib.

Z.Nəsrullayeva
Şəki şəhər MKS-nin metodika və biblioqrafiya şöbəsinin müdiri