Nizami Gəncəvi adına Salyan rayon Mərkəzi kitabxanasında 25 ildən çox "Qələbə" qəzetinin redaktoru işləmiş tanınmış mətbuat xadimi Mahmud Ağalarovun 90 illik yubileyi qeyd olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyətinin nümayəndələri, ziyalılar, müharibə veteranları, ictimaiyyət təmsilçiləri iştirak ediblər.
"Qələbə " qəzetinin baş redaktoru Rüstəm Məlikov tədbiri giriş sözü ilə açaraq Mahmud Ağalarovun həyat yolundan danışıb. Bildirib ki, Mahmud Ağalarovun əmək fəaliyyətinin çox hissəsi "Qələbə" qəzetində keçib. Tədbir iştirakçıları qocaman jurnalistin həyat və yaradıcılığını əks etdirən videoçarx izləyiblər.
Rayon İcra Hakimiyyəti aparatının işçisi Məhərrəm Məmmədov tədbirdə çıxış edərək icra başçısı Tahir Kərimovun səmimi təbriklərini çatdırıb, yubilyar haqqında xatirələrini söyləyib.