Fevralın 11-də Şəki şəhərindəki İ.S.Nakam adına Mərkəzi kitabxanada Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının ildönümü ilə əlaqədar “Bir dəfə doğuluruq” adlı anım tədbiri keçirildi.

Tədbiri M.F.Axundzadə adına şəhər Mədəniyyət mərkəzinin aparıcı metodisti Nazilə Qafarova açdı. Sonra Şəki Şəhər İcra Hakimiyyətinin humanitar məsələlər şöbəsinin əməkdaşı Mais Səlimli şairin yaradıcılığından, türk dünyasını düşündürən poeziyasından söhbət açdı.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Kamil Adışirinov ədibin həyat və yaradıcılığından bəhs etdi. Qocaman müəllimlər Maqsud Mustafayev, Bəlyar Məmmədov və digər çıxış edənlər şair haqqında xatirələrini danışdılar. Şəki şəhər MKS-nin direktoru Seyid Vahabov şairin kitabxanamıza hədiyyə etdiyi kitablar haqqında məlumat verdi. Kitabxananın fəal oxucularından Oqtay Mustafayev, Rabiə Muradlı, Aysel İsayeva şairin şeirlərini söylədilər. Veysəl Çərkəz və Şahid Məmmədkərimov B.Vahabzadəyə həsr etdikləri şeirlərini oxudular.
Sonda B.Vahabzadənin öz səs yazısında “Axı dünya fırlanır” şeiri səsləndirildi.

Yaqut Sadıxlı,
Şəki şəhər Mərkəzi kitabxanasının oxu zalının müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar