Hacıqabul rayon Mərkəzi kitabxanasının və Heydər Əliyev Mərkəzinin işçiləri 2 fevral - Gənclər Günü ilə əlaqədar şəhidlərimizi yad etmək məqsədilə rayon mərkəzindəki Şəhidlər xiyabanına baş çəkərək ölməz Vətən övladlarının xatirəsini yad ediblər.
Sonra onlar Navahı qəsəbəsinə gedərək 24 yanvar 2015-ci il tarixdə şəhid olmuş Qasımov Vüqar Rasim oğlunun məzarını ziyarət ediblər. Mərkəzi kitabxanada “Şəhidlər ölməz, Vətən bölünməz” adlı fotosərgi açılıb.