Fevralın 10-da Bərdə rayon Mərkəzi kitabxanasının uşaqlara xidmət şöbəsində Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 65 illiyi münasibətilə “Bir əli torpaqda, bir əli haqda” adlı ədəbi-bədii gecə keçirilib.
Əvvəlcə şöbənin müdiri Sevda Süleymanova çıxış edərək şairin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, Zəlimxan Yaqub müasir Azərbaycan poeziyasının görkəmli simalarından biridir, o bütün yaradıcılığı boyu xalqına, millətinə, onun adət-ənənələrinə sadiq olub. Onun əsərləri hər zaman insanı ucalığa səsləyir, həmin ucalıqdan hara baxırsan vətən oxunur. Zəlimxan Yaqub milli kökə tam bağlı insandır. Onun yazıb-yaratdığı söz aləmində sazın öz yeri var.
Tədbirdə çıxış edən rayon Gənclər və İdman İdarəsinin məsul işçisi A.Qasımov Zəlimxan Yaqubun bitib-tükənməyən söz ehtiyatından, təbiətə və insanlara məhəbbətindən söz açıb, onun Azərbaycan dilinin gözəlliyini, dolğunluğunu inkişaf etdirən, zənginləşdirən şairlərimizdən olduğunu qeyd edib.
Fəal oxuculardan Fidan Həsənova, Xalidə Həsənli, Ayfar Atakişili, Günay Abbasova və başqaları şairin şeirlərindən nümunələr söyləyiblər. 2 saylı musiqi məktəbinin müəllimi Müzəffər Şükürov Zəlimxan Yaqubun şeirlərini sazla ifa edib. Tədbirin sonunda Xalq şairinə həsr olunmuş sənədli film nümayiş etdirilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar