Fevralın 12-də Ağsu rayon Mərkəzi kitabxanasında görkəmli teatr və kino aktyoru, Əməkdar artist Səməndər Rzayevin (1945-1986) 70 illik yubileyi ilə bağlı xatirə gecəsi keçirilib.

Tədbirdə çıxış edən ziyalılar, aktyorun dostları sənətkar barədə xatirələrini söyləyib, keçdiyi qısa və mənalı həyat yolundan, yaradıcılığından danışıblar. Vurğulanıb ki, Səməndər Rzayev 1968-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini bitirdikdən sonra Akademik Milli Dram Teatrında yaradıcılıq fəaliyyətinə başlayıb. H.Cavidin “Xəyyam” əsərində Xacə Nizam, “Knyaz”da Knyaz, “İblis”də İbn Yəmin, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsərində Hətəmxan ağa, habelə C.Məmmədquluzadənin, M.S.Ordubadinin, M.Qorkinin, S.Rəhmanın, U.Şekspirin və başqalarının əsərlərində yaratdığı obrazlar tezliklə onu bir aktyor kimi məşhurlaşdırıb.
Səməndər Rzayev teatr fəaliyyəti ilə yanaşı, “Evləri köndələn yar” televiziya tamaşasında, “Babamızın babasının babası”, “Od içində”, “Babək”, “Bəyin oğurlanması” və başqa bədii filmlərdə də yaddaqalan obrazlar yaradıb. Azərbaycan Radiosunun “Bulaq” verilişinin əvəzsiz aparıcısı kimi onun təkrarolunmaz səsi bu gün də xatirələrdə yaşayır.

Nazənəm Salmanova,
Ağsu rayon Mərkəzi kitabxanasının xidmət şöbəsinin müdiri







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar