Hacıqabul rayon MKS-nin Mərkəzi kitabxanası və kitabxana filialları mütəmadi olaraq müxtəlif məzmunlu mədəni-kütləvi tədbirlər keçirirlər. Rayon Mərkəzi kitabxanasında 2015-ci il ərzində yubileyləri qeyd olunacaq görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar və tarixi günlər haqqında tədbirlər planı tərtib olunub.
Fevral ayının planına uyğun olaraq rayon Mərkəzi kitabxanası xidmət və uşaq şöbəsinin işçiləri şəhid Fariz Cəbrayılov adına 2 saylı, Səxavət Rüstəmov adına 7 saylı şəhər orta məktəblərində, MKS-nin 24 saylı kitabxana filialı şəhər Mərkəzi xəstəxanasında və Natiq Ağayev adına 4 saylı orta məktəbdə, 30 saylı kitabxana filialı 8 saylı humanitar fənlər üzrə məktəb-liseyində "Müasir Azərbaycan ədəbiyyatı", "Klassik Azərbaycan ədəbiyyatı" və ”Uşaqlar bizim gələcəyimizdir” adlı kitab sərgiləri təşkil ediblər.
Sərgilərdə kitabxanaya yeni daxil olmuş folklor nümunələri, 2015-ci ildə yubileyləri qeyd olunacaq görkəmli yazıçı və şairlərimizdən Seyid Əzim Şirvaninin, Zəlimxan Yaqubun, Bəxtiyar Vahabzadənin, Süleyman Sani Axundovun, Rəsul Rzanın və başqalarının kitabları nümayiş etdirilib.

Elmira İbrahimova,
Hacıqabul rayon Mərkəzi kitabxanasının şöbə müdiri