Horadiz şəhər Mədəniyyət sarayında fəaliyyət göstərən Füzuli Dövlət Dram Teatrında bu il ərzində bir sıra yeni tamaşaların hazırlanması nəzərdə tutulur. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyevin bildirdiyinə görə, hazırda Rəhman Əlizadənin “Dünyanın axırı” əsərinin və Xocalı soyqırımının 23-cü ildönümünə həsr olunan “Doğma Qarabağım, Xocalım mənim” adlı ədəbi-bədii kompozisiyanın son məşqləri gedir.
Direktor qeyd edib ki, Füzuli rayonunun işğalı ilə əlaqədar olaraq teatr 1993-2003-cü illərdə Sumqayıtdakı S.Vurğun adına Mədəniyyət sarayında fəaliyyət göstərib. Məcburi köçkünlük həyatına baxmayaraq, kollektiv Sumqayıtda olduğu 10 il müddətində 40-dan çox tamaşa hazırlayıb, Şamaxı, Sabirabad, İmişli, Saatlı, Ucar, Kürdəmir, Biləsuvar, Zaqatala, Balakən və digər rayonlarda qastrol səfərlərində olub. 2003-cü ilin noyabr ayında teatr doğma rayona qayıdaraq Horadiz Mədəniyyət evində fəaliyyətini davam etdirib.
Teatrda 60-dan çox əsərə səhnə həyatı verilib. 2015-ci ilin repertuarına Cəlil Məmmədquluzadənin “Kişmiş oyunu”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, Əli Əmirlinin “Xoşbəxt gün” tamaşaları, M.Muxtarovun “Yuxunda görərsən” tamaşaları daxil edilib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar