M.Ə.Sabir adına Göyçay rayon Mərkəzi kitabxanasında Xalq şairi Zəlimxan Yaqubun 65 illik yubileyi ilə əlaqədar “Mən öz dastanımı yazıb gəlmişəm” adlı poeziya gecəsi keçirilib.
Tədbiri kitabxananın əməkdaşı Səlmi Şıxalıyeva açaraq Zəlimxan Yaqubun türk dünyası tərəfindən sevilib-seçilən sənətkar olduğunu bildirib. Pedaqoq, yazıçı-publisist Əkbər Əliyev, R.Rzanın ev-muzeyinin müdiri Solmaz Rəhimova, rayon Mədəniyyət və Turizm Şöbəsi Həmkarlar Təşkilatının sədri Nəriman Məlikov şairin zəngin yaradıcılığı haqqında fikirlərini bölüşüblər. Vurğulanıb ki, Z.Yaqub ifa etdiyi sazın təranəsi, oxuduğu şeirin hikməti dayandığı xitabət kürsüsünün ədalətli səsidir. 3 saylı orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiya maraqla qarşılanıb. Sonda Göyçay MKS-nin direktoru Rövşən Balayev çağdaş poeziyamızın dəyərli nümayəndələrindən olan Z.Yaqubun ictimai fəaliyyəti haqqında məlumat verib, şairə cansağlığı arzulayıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar