Fevralın 25-də Lənkəran şəhər Mərkəzi kitabxanasında “Xocalı harayı” adlı tədbir təşkil olunub. MKS-nin direktoru Validə Məmmədova, kitabxananın əməkdaşı Nərmin Heydərova qanlı faciənin tarixi barədə danışıblar. İştirakçılar Xocalı soyqırımından bəhs edən kitab sərgisi ilə tanış olublar.
Həmin gün Lənkəran Uşaq Rəssamlıq Məktəbində və Dövlət Rəsm Qalereyasında “Xocalı faciəsi əsrin ən qanlı qətliamıdır” başlığı altında sərgilər təşkil edilib. Rəssamlıq məktəbinin müəllimi Şeyda Zeynalova çıxış edərək Xocalı faciəsi haqqında məlumat verib. Sonra iştirakçılar uşaqların rəsmlərinə baxıblar. Lənkəran Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunan sərgidə Xocalı soyqırımının qanlı səhifələri bədii əksini tapıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar