Fevralın 27-də Şirvan şəhərində rayon mədəniyyət müəssisələrində çalışan gənc əməkdaşların fəaliyyətinin stimullaşdırılması, onların nəzəri hazırlıq səviyyəsinin artırılması, yaradıcı mühitin dəstəklənməsi, habelə müəssisələrarası işgüzar əlaqələrin təmin olunması və əməkdaşlar arasında təşəbbüskarlığın inkişafı məqsədilə "Yaradıcılıq düşərgəsi” təşkil edilib.
Tədbirdə Salyan, Sabirabad, Saatlı, Hacıqabul, Qobustan rayon və Şirvan şəhərində fəaliyyət göstərən mədəniyyət evlərinin gənc əməkdaşları iştirak ediblər. Tədbirdə iştirak edən Mədəniyyət və Turizm Nazirliyi Elm, təhsil və gənclərlə iş şöbəsinin Elm sektorunun müdiri Asif Usubəliyev dövlətin mədəniyyət siyasətinin qarşısında duran əsas hədəflər, ölkə rəhbərliyinin mədəniyyət sahəsinə göstərdiyi diqqət sayəsində əldə olunan uğurlar, respublikamızın beynəlxalq nüfuzunun artırılması və müsbət imicinin formalaşdırılmasında mədəniyyət amilinin artan əhəmiyyəti barəsində iştirakçılara geniş məlumat verib.
Rayon mədəniyyət evlərinin əməkdaşlarının fəal iştirakı ilə gənc mədəniyyət işçilərinin potensialından səmərəli istifadə yolları, respublikamızda keçirilən beynəlxalq tədbirlərin təşkili zamanı qüvvələrin səfərbər olunması, sahənin inkişafına xidmət edəcək kreativ təkliflərin müəyyənləşdirilməsi, gənc əməkdaşlara nazirlik tərəfindən diqqətin artırılması, müəssisələr və rayonlar arasında daha effektiv koordinasiya işlərinin aparılması və digər bu kimi məsələlər ətrafında müzakirələr aparılıb.
Bu təcrübənin gələcəkdə davamlı olmasının zəruriliyini bildirən tədbir iştirakçıları belə formatda tədbirlərin əməkdaşların maarifləndirilməsi ilə yanaşı, fəaliyyətin stimullaşdırılmasına və onlarda təşəbbüskarlıq keyfiyyətlərinin inkişafına zəmin yaradacağını qeyd ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar