Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən Lənkəranda ilk dəfə olaraq bölgədə fəaliyyət göstərən rəqs kollektivlərinin rəhbərləri və üzvləri üçün treninqlər təşkil olunub. Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən treninqlər Bakı Xoreoqrafiya Akademiyasının aparıcı müəllimi Nailə Həsənovanın rəhbərliyi ilə gerçəkləşib. Lənkəran, Astara, Masallı və Lerik rayonlarının rəqs kollektivlərinin rəhbərləri və üzvləri üçün Azərbaycan milli rəqsləri üzrə məşğələlər keçirilib.
Treninqlər zamanı Azərbaycan rəqsinin yaranma tarixi və əsasları haqqında geniş məlumatlar verilib, müxtəlif rəqs elementləri əyani nümayiş olunub. Tədbir çərçivəsində Lənkəran rayon Girdəni kənd diyarşünaslıq evinin “Vənəvşə”, Boladi kənd klubunun “Kinəlim” folklor rəqs kollektivlərinin ifasında rəqslər nümayiş olunub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar