Martın 14-də İsmayıllı rayon Mədəniyyət sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yaradıcı kollektivinin təqdimatında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasının tamaşası nümayiş etdiriləcək. Tamaşa rayon İcra Hakimiyyəti ilə Akademik Opera və Balet Teatrının birgə layihəsi çərçivəsində təqdim olunur. Leyli obrazını Xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu Xalq artisti Mənsum İbrahimov canlandıracaqlar. Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar