Martın 6-da Şirvan şəhər Mərkəzi kitabxanasında Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Azərbaycanın qəhrəman qadınları” mövzusunda söhbət təşkil edilib.
MKS-nin direktoru İltifat Nəbiyev qadınları təbrik edib, onlara xoş arzularını çatdırıb. Kitabxananın əməkdaşları Şəfəq Səlimova, Məlahət Məmmədova, Mehriban Novruzova, Könül Həsənova qadınlarımızın cəmiyyətdəki rolundan bəhs ediblər. Vurğulanıb ki, Azərbaycan qadınları Qarabağ müharibəsi zamanı qəhrəmanlıq göstəriblər. Gültəkin Əsgərova, Salatın Əsgərova, Qaratel Hacımahmudova və digər qəhrəman qadınlar yaddaşlarda yaşayır.