Qusar Dövlət Ləzgi Dram Teatrında Milli Teatr Günü ilə bağlı tədbir keçirilib. Teatrın direktoru Faiq Qardaşov sənət ocağının yaradıcılıq fəaliyyətindən söz açıb, indiyədək 100-dək əsərin səhnələşdirildiyini bildirib. Qeyd olunub ki, son illər hazırlanan tamaşalarda bədii tərtibatdan məharətli aktyor oyununadək hər bir nüansın müasir tamaşaçı və teatr tələblərinə uyğunlaşdırılıb, teatr qusarlıların sevimli məkanına çevrilib. Direktor teatrın 30 illik yubileyi münasibətilə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasını səhnələşdirdiklərini deyib, teatrsevərləri aprelin 3-də tamaşaya baxmağa dəvət edib.
Bu arada Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Xaçmaz rayonunun teatr kollektivinə “Xalq teatrı” statusu verilib. Bu, 1966-cı ildən fəaliyyət göstərən kollektiv üçün Milli Teatr Günü münasibətilə əsl hədiyyə olub. Kollektivin fəal üzvləri fəxri fərmanlara layiq görülüb. Teatr növbəti aydan geniş heyətlə yeni tamaşanın hazırlanmasını planlaşdırıb. Tamaşalara paytaxtdan peşəkar aktyorların cəlb olunması da nəzərdə tutulub.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar