Martın 16-da Qubadlı Rayon Mədəniyyət və Turizm Şöbəsində (Sumqayıt şəhəri) Xalq yazıçısı, Sosialist Əməyi Qəhrəmanı Süleyman Rəhimovun anadan olmasının 115 illiyinə həsr edilmiş “Nadir sima - dədə Süleyman” adlı dəyirmi masa keçirilib.
Tədbiri rayon Mərkəzi kitabxanasının direktoru Müşgünaz Muradova açaraq görkəmli ədib haqqında danışıb. Süleyman Rəhimov adına ictimai birliyin sədri Qafqaz Əvəzoğlu yazıçının “Şamo”, “Mehman”, “Saçlı”, “Ağbulaq dağlarında”, “Ana abidəsi”, “Aynalı” və s. əsərlərindən bəhs edib, müxtəlif obrazları təhlil edib. Yazarlardan Sevindik Mehman, Xürrəm Qafanlı, Mahir Sarıyev, Səadət Xanlarova və başqaları çıxış edərək Süleyman Rəhimovun Azərbaycan ədəbiyyatında yerindən, ədibin ictimai-siyasi fəaliyyətindən söz açıblar.
Sonda Qubadlı Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşən Qəhrəmanov tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar