Bölgələrdə mart soyqırımını anma tədbirləri

Astara rayon Mərkəzi kitabxanasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib. MKS-nin direktoru Tural Eyvazov “Azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı” mövzusunda məruzə ilə çıxış edib. Metodika və biblioqrafiya şöbəsinin müdiri Nərgiz Məhərrəmova, uşaq şöbəsinin müdiri Gülüstan Dadaşovanın çıxışları dinlənilib. Qeyd olunub ki, xalqımıza qarşı uzun illər aparılan etnik təmizləmə, soyqırımı və təcavüz nəticəsində onminlərlə soydaşımız qətlə yetirilib, yüzminlərlə insan el-obasından didərgin düşüb.
* * *
Oğuz rayon MKS-nin oxu zalında 1918-ci ilin mart qırğınları ilə bağlı anım tədbiri təşkil olunub. MKS-nin direktoru S.Mikayılova, xidmət şöbəsinin müdiri N.Manafova, şöbənin əməkdaşları A.Cəfərova və A.Fərzəliyevanın çıxışları dinlənilib. Bildirilib ki, "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarlarının Bakıdan başlanan vəhşilikləri nəticəsində yüzlərlə yaşayış məntəqəmiz yerlə-yeksan edilib. Dinc insanlar xüsusi amansızlıqla qətlə yetirilib. Tədbir iştirakçıları faciəni əks etdirən sərgiyə baxıblar.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “Tarixin qanlı səhifələri” mövzusunda mühazirə keçirilib. MKS-nin direktoru İltifat Nəbiyev, kitabxananın əməkdaşları Vəzifə Xudiyeva, Alma Cəfərova, Mehriban Novruzova və başqaları çıxış edərək bildiriblər ki, ermənilərin xalqımıza qarşı yürütdüyü soyqırımı siyasəti Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və digər bölgələrimizdə xüsusi qəddarlıqla həyata keçirilib. Tədbirdə “31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür” başlıqlı sərgi nümayiş etdirilib.
* * *
Qax rayon S.Vurğun adına Mədəniyyət evində Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı dəyirmi masa keçirilib. Mədəniyyət evinin direktoru K.Məcidova, əməkdaşlardan V.Xəlilova, R.Mehdiyeva, “Arzu” ansamblının rəhbəri A.Piranov və başqaları erməni vandallarının ötən əsrin əvvəllərində xalqımıza qarşı törətdikləri soyqırımından danışıblar. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı ilə uzun illər gizli saxlanılan bu ümumxalq faciəsi öz hüquqi-siyasi qiymətini alıb, tarixi yaddaşımız bərpa olunub.
* * *
Tərtər rayon MKS-nin Mərkəzi kitabxanasında da anım mərasimi keçirilib. MKS-nin direktoru U.Qurbanova, metodika və biblioqrafiya şöbəsinin müdiri Ə.Süleymanova 1918-ci ildə erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətlərdən danışıblar. Tədbirin sonunda məktəblilər qanlı faciəyə həsr edilmiş şeirlər söyləyiblər. Mərasim iştirakçıları “Qan yaddaşımız” başlıqlı kitab sərgisinə baxıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar