Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” proqramı çərçivəsində “Bərdə İmamzadəsi” kompleksinin abadlaşdırılması, tarixinin öyrənilməsi, təbliği layihəsi başa çatır.
Bilik Fondunun Bərdə rayon nümayəndəsi Vidadi Süleymanov bildirib ki, layihə çərçivəsində AMEA və rayon İcra Hakimiyyəti ilə birlikdə elmi konfrans və dəyirmi masa keçirilib, “Bərdə və Bərdə İmamzadəsi” sənədli filmi çəkilib, eyni adda kitab nəşrə hazırlanıb. Tarixçi alim, Bərdə arxeologiya ekspedisiyasının rəhbəri, professor Arif Məmmədovun rayon məktəbliləri qarşısında silsilə mühazirələri təşkil olunub.
İmamzadə və Bəhmən Mirzə türbələrinin etibarlı mühafizəsini təmin etmək üçün konservasiya tədbirləri də görülüb. Kompleksdə abidənin ümumi görünüşünə heç bir müdaxilə edilmədən yerli ustalar tərəfindən abadlaşdırma işləri aparılıb. Ərəb və fars dillərində 68 qəbirüstü yazı və daş kitabənin mətni dilimizə çevrilərək müasir əlifbamızda dəmir lövhəyə köçürülüb. Hazırda kompleksdə qiraətxana və kitab fondu yaradılır.
“Dini abidələrdə tarixin izləri” proqramının məqsədi Azərbaycan ərazisindəki tarixi abidələrdə elmi tədqiqatlar aparmaq, abadlıq işləri həyata keçirmək, abidələr, ziyarətgahlar barədə düzgün elmi bilikləri yaymaqdır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar