Hacıqabul Rayon Tarix-Diyarşünaslıq Muzeyində peşəkar rəssam Mehman Zahidovun fərdi sərgisi açılıb. Tədbirdə Hacıqabul şəhər orta məktəblərinin şagird və müəllimləri, eləcə də rayon ərazisində yerləşən Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun və rayon Heydər Əliyev Mərkəzinin kollektivi iştirak edib.
Mehman Zahidov 1954-cü ildə Hacıqabulda anadan olub, Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil alıb. Rəssamın əsərlərinin böyük bir hissəsi tarix-diyarşünaslıq muzeyində qorunub saxlanılır.
Sərgidə rəssamın natürmort, mənzərə, kompozisiya, portret, akvarel janrlarında 150-yə yaxın rəsm əsəri nümayiş olunur. Sərgi aprelin sonunadək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar