Aprelin 8-də Daxili Qoşunların Şəkidə yerləşən N saylı hərbi hissəsinin əsgər və zabitlərinin, L.Abdullayev adına şəhər diyarşünaslıq və İnçə-Zunud kənd folklor klubları bədii özfəaliyyət kollektivlərinin II Dünya müharibəsi veteranları ilə görüşü keçirilib.
Şəki Veteranlar Şurasının sədri Mustafa Mustafayev veteranları əsgər və zabitlərə təqdim edib. Qeyd olunub ki, II Dünya müharibəsində Azərbaycandan 600 mindən çox insan cəbhəyə gedib və onların da yarıdan çoxu qəhrəmancasına həlak olub. Tədbirin bədii hissəsində İ.İdrisovun və tanınmış zurnaçı X.İbrahimxəlilovun təqdim etdikləri maraqlı konsert proqramı veteranların, əsgər və zabitlərin zövqünü oxşayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar